“Maşın” şounun qalibinin kimliyi açıqlandı:   “Təbriklər...”

saytların hazırlanması

Evə çatdırılma

“Maşın” şounun qalibinin kimliyi açıqlandı: “Təbriklər...”

Şou

18 Oktyabr 2019 12:48 16467


Bir neçə saat əvvəl ATV-də yayımlanan “Maşın” realiti-şousunun “Maskarad” adlı 18-ci sürətinin qalibi məlum olduğu ilə bağlı  məlumat yaymışdıq.

“Yeni Sabah” xəbər verir ki, artıq avtomobili qazanan iştirakçının kimliyi də açıqlanıb. 

Bu barədə müğənni Kərim Abbasov məlumat verib. İfaçı bildirib ki, “Maşın” şounun qalibi Lalə Mustafayevadır. Kərim onu bu münasibətlə təbrik edib: “Təbriklər, Lalə. “Maşın”ın qalibi oldun” pizza sifarişi

Qeyd edək ki, müğənni Ramal İsrafilovun gedişindən sonra “Maşın” şouda finala son iki iştirakçı - Lalə Mustafayeva ilə Suna Kasımoğlu qalmışdı. Maraq üçün onu da əlavə edək ki, Kərim Abbasov "Maşın" şounun bu sürətində yarışmanı ilk tərk edən iştirakçı olmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!