“Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm” – Flora Kərimova

saytların hazırlanması

Evə çatdırılma

“Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm” – Flora Kərimova

Şou

16 İyun 2020 16:25 2946


“Ürəyimi övladlarıma açmışam. Bilsəydim sizin verilişdir, gəlməzdim. Adamı çox pərt edirsiniz. Əgər mənə qulp qoysanız, övladlarımı köməyə çağıracağam”.

Bu sözləri Xalq artisti Flora Kərimova “İctimai Televiziya”da yayımlanan “Fatehin divanı” axşam şousunda aparıcı DJ Fatehə etirazını bildirərkən deyib.

Aparıcının “Fatmayıdakı bağda qalırsınız?” sualına F.Kərimova belə reaksiya verib: Toyuqlu pizza

"Əcəb edirəm, Fatmayıda qalıram. Haranı istəyirəm, oranı seçirəm. Bir xanım var idi (mərhum Xalq artisti İlhamə Quliyevanı nəzərdə tutur - red.), Maştağada otururdu, zəng vurana deyirdi ki, İsveçdəyəm. Deyirdilər, axı Maştağaya zəng vurmuşuq, cavab verirdi ki, Xalq artistiyəm, harada istəyirəm, orada oluram. Mən də Xalq artistiyəm”. / Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!