Maykl Cekson övladlarının üzünü niyə gizlədirdi?

saytların hazırlanması

Evə çatdırılma

Maykl Cekson övladlarının üzünü niyə gizlədirdi?

Şou

14 Avqust 2026 12:09 220


Maykl Ceksonun uşaqlıq illərində övladlarının üzünü maskalarla gizlətməsinin səbəbi illər sonra məlum olub.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, müğənninin qızı Paris Cekson atasının bu üsula niyə əl atdığını açıqlayıb.

Paris Cekson bildirib ki, atasının əsas məqsədi onu və bacı-qardaşlarını insanların tanımasının qarşısını almaq olub. Onun sözlərinə görə, Maykl Cekson uşaqlarına maska taxdırmaqla onların ictimai yerlərdə daha rahat vaxt keçirməsinə və digər uşaqlar kimi normal uşaqlıq yaşamasına şərait yaratmağa çalışıb. Sezar pizza

“Mənə elə gəlirdi ki, bu, tamamilə normaldır. Atam deyirdi ki, maska taxsaq, insanlar bizim onun uşaqları olduğumuzu bilməyəcəklər. Beləliklə, çöldə rahat oynaya və əylənə biləcəyik”, – deyə Paris bildirib.

O, uşaqlıqda atasının dünya şöhrətli bir ulduz olmasının miqyasını tam anlamadığını da etiraf edib.

Paris Cekson atasının nə qədər məşhur olduğunu uşaqlıqda yaşadığı bir hadisədən sonra daha yaxşı dərk etdiyini söyləyib.

O, bir oteldə olarkən pəncərədən çölə baxdığını və gördüyü izdiham qarşısında təəccübləndiyini xatırlayıb. Paris həmin vaxt insanların Maykl Ceksona göstərdiyi böyük marağı görərək atasının şöhrətinin miqyasını anlayıb.

Onun sözlərinə görə, məhz həmin hadisədən sonra Maykl Ceksonun övladlarını niyə daim diqqətdən qorumağa çalışdığını daha yaxşı başa düşüb.

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!