Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Məcburiyyət yoxdur deyirlər, amma məcbur edirlər ki, vaksin vurdurun...“  - Etiraz
07 İyn 2021 14:11
1742

“Məcburiyyət yoxdur deyirlər, amma məcbur edirlər ki, vaksin vurdurun...“ - Etiraz

Bir müddət əvvəl Operativ Qərargah bəzi yumşalmaların olacağını elan etdi. Əsas məqamlardan biri də odur ki, yumşalmalar zamanı COVID pasportu olanlar üstünlük qazanacaqlar.

Mayın 31-dən yumşaldılan karantin qaydalarına görə, Azərbaycanda açıq havada maska məcburiyyəti aradan qaldırılıb, uzun müddətdir ki, işləməyən Bakı metrosu öz fəaliyyətini bərpa edib.

Lakin idman zallarına maskasız getmək mümkün olsa da, Covid pasportu mütləq tələb olunacaq.

Bu isə bəzi vətəndaşların narazılığına səbəb oldu. Bəziləri bu şərtlərin onları qane etmədiyini, şərtlərin yumşaldırmalı olduğunu tələb etdi.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış fitness məşqçisi Kamil Zeynallı da iyunun 10-dan məşqlərə başlayacağını bildirib.

İdmançının fikrinə görə, insanlar vaksin vurdurmağa məcbur edilir:

“Mən özüm ayın 10-dan idmana başlayacağam, bu mütləqdir. Çünki idman üçün çox darıxmışam. İnsanları məcbur edirlər ki, vaksini vurdurmalısınız. Məcburiyyət yoxdur deyirlər, amma məcbur edirlər ki, vaksin vurdurun. “İdman etmək istəyirsənsə, get peyvənd olun, sonra et” deyilir. Nə edirsən et, vaksini vurdurub, sonra məşqə başlamalısan. Əvvəl demişdilər məcburiyyət olmayacaq, lakin indi baxıram ki, xeyr, məcburidir. Bu şərtlər məcburidir. Amma nə edə bilərik? Belə olmalıdır deyirlərsə, gərək edək. Özümüzdən qərarlar verə bilmirik, ona görə nə dedilərsə, o cür edəcəyəm. Bizim zalda da təbii ki, virusla əlaqədar müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Əvvəlki kimi olmayacaq, çox insan eyni anda məşq etməyəcək, basa-bas yaranmayacaq. Çalışacağıq ki, insan sıxlığı olmasın. Hər kəs qayda-qanunla gəlib məşq edəcək”.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər