Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Mədəniyyət naziri Reza Deqati ilə görüşdü
23 İyl 2021 20:01
830

Mədəniyyət naziri Reza Deqati ilə görüşdü

Mədəniyyət naziri Anar Kərimov iyulun 23-də Fransada yaşayan dünya şöhrətli azərbaycanlı fotojurnalist Reza Deqati ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı R. Deqati Azərbaycanın işğaldan azad edilmiş torpaqlarına səfəri haqqında danışaraq Vətən müharibəsində çəkdiyi fotoşəkilləri, şahidi olduğu dəhşətli mənzərələri bölüşüb.

R. Deqati bildirib ki, Azərbaycanın tarixi və mədəni irsinə qarşı törədilən təcavüzləri öz fotoları ilə beynəlxalq ictimaiyyətə çatdıraraq, yaşanmış hadisələri, xalqımızın çəkdiyi ağrı-acını öz əsərlərində canlandırmağa müvəffəq olub.

Nazir Anar Kərimov R. Deqatiyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də obyektiv qiymət verilməsi tətbiqində əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər