“Medera Hospital”ın mühafizəçisi əxlaqsızlığa görə tutulubmuş

saytların hazırlanması

Evə çatdırılma

“Medera Hospital”ın mühafizəçisi əxlaqsızlığa görə tutulubmuş

Kriminal

05 May 2025 15:36 437


Xalq artisti Ağadadaş Ağayevlə aralarında yaranmış insidentlə gündəm olmuş Nurəddin Cəlilovun həbs edilməsinin təfərrüatı məlum olub.

Yenisabah.az musavat.com-a istinadla xəbər verir ki, Nurəddin Cəlilov aprelin 24-də məhkəmənin qərarı ilə 7 sutka inzibati qaydada həbs edilib.

Cəzasını başa vurub azadlığa çıxan Cəlilovun hansı səbəbdən həbs edilməsi məlum olub. pizza sifarişi

Cəlilov metroda sərnişin xanımlardan birinə qarşı əxlaqsız hərəkət edib. Xanım buna etiraz edərək yerini dəyişib. Bu zaman qatarda olan şəxslər də hadisədən xəbər tutub və narazılıq yaranıb. Ərazidə olan polis əməkdaşı hadisəyə müdaxilə edib.

O, xırda xuliqanlıq əməli törətməkdə təqsirli bilinib.

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!