“Rusiya vətəndaşlarına qarşı növbəti nasist sərsəmləməni eston xala söyləyib. O deyib: “Avropanı ziyarət etmək insan haqqı deyil, imtiyazdır”.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev "Tvitter" səhifəsində yazıb.
“Elə ona digər sözləri xatırlatmaq istəyirsən: “Əgər siz azadsınızsa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”, - deyə Medvedev vurğulayıb. Marqarita pizza
Qeyd edək ki, D.Medvedevin Estoniya Baş naziri Kaya Kallasın ünvanına dediyi bu sözlər sovet Rusiyasının Əks-İnqilab və Sabotajla mübarizə üzrə Ümumrusiya Fövqəladə Komissiyasının banisi, məşhur inqilabçı Feliks Dzerjinskiyə məxsusdur. O vaxtilə deyib: “Əgər məhkumluğunuz yoxdursa, bu sizin xidmətiniz deyil, bizim nöqsanımızdır”.
Xatırladaq ki, Estoniyanın Baş naziri Avropa İttifaqı (Aİ) ölkələrini rusiyalılara turistik vizaların verilməsini dayandırmağa çağırıb.
Telegram kanalımız