Mehdiyev, Talıbov, Abutalıbov, Qarayev, Həsənov...  - Dil Komissiyasının tərkibi yenilənəcək

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyev, Talıbov, Abutalıbov, Qarayev, Həsənov... - Dil Komissiyasının tərkibi yenilənəcək

Mədəniyyət

31 İyul 2025 13:50 17179


Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Xatırladaq ki, Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli  Sərəncamına əsasən komissiya aşağıdakı tərkibdə təsdiqlənib: 

Komissiyanın sədri

İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti

Komissiya sədrinin müavinləri

Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri

Akif Əlizadə – AMEA-nın prezidenti

Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri

Komissiyanın üzvləri

Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Əbülfəs Qarayev  – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Əli Həsənov  – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri

İsa Həbibbəyli  – AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü

Rafael Hüseynov – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü

Kamal Abdullayev  – Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü

Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü

Vasim Məmmədəliyev – Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü

Teymur Kərimli – AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü

Möhsün Nağısoylu – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü

Muxtar İmanov – AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü

Əbülfəz Quliyev – AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Arif Alışanov  – “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Sabir Rüstəmxanlı – xalq şairi

Adil Babayev  – Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor

Mübariz Yusifov – Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor

Elbrus Əzizov  – Bakı Dövlət Universitetinin professoru

Buludxan Xəlilov  – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru

Аydın Ələkbərov  – filologiya elmləri doktoru, professor

İsmayıl Məmmədov  – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

Sayalı Sadıqova – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor

Afaq Vəliyeva – Tərcümə Mərkəzinin direktoru

Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Aydın İbadov – Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!