Mehdiyevin Gültəkin Hacıbəyliyə hədiyyə etdiyi ev -    FOTO

saytların hazırlanması

Evə çatdırılma

Mehdiyevin Gültəkin Hacıbəyliyə hədiyyə etdiyi ev -  FOTO

Siyasət

01 Dekabr 2025 11:49 1788


Ramiz Mehdiyevin Gültəkin Hacıbəyliyə bahalı mənzillər bağışladığı məlum olub.

“Yeni Sabah” Publika.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib. Mənzillər təmir olunmuş vəziyyətdə verilib.

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Bəs G.Hacıbəylinin aylıq vəsaitləri haralardan gələcəkmiş ki?! pizza mizza

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə Gültəkinin bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı mənzildə isə G.Hacıbəyli özü tək yaşayır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!