Məhəbbət Kazımovun oğlu o videodan danışdı: “Ailəlikcə ağladıq”

saytların hazırlanması

Evə çatdırılma

Məhəbbət Kazımovun oğlu o videodan danışdı: “Ailəlikcə ağladıq”

Sosial

27 Avqust 2022 14:14 1261


"Məhəbbət Kazımovun oğlu olaraq fəxr hissi yaşadım”.

Yenisabah.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov Azərbaycan ordusunun Laçın rayonuna daxil olarkən mərhum sənətçinin ifasında səslənən "Laçınım” mahnısından danışarkən deyib. O, bu videonu izləyərkən ailəliklə ağladıqlarını bildirib:

"Azərbaycan ordusu Laçına daxil olanda "Ali Baş Komandanın əmri ilə Laçın şəhəri artıq nəzarətə götürülüb” videosundan sonra böyük səs paylayıcılarından "Laçınım” mahnısının səslənməsi bizə ayrı bir qürur hissi yaşatdı. Həm bir sənətkar oğlu, həm də laçınlı olaraq. Təkcə mənim deyil, bütün ailəm - anam, bacılarım, əmim, dayılarım, nəsil-kök üçün gözəl bir an idi. Atamın səsini Laçından eşidəndə ailəliklə duyğulandıq, ağladıq”. pizza

Rəşid Kazımov bu mahnını Laçında oxumağın atasının ən böyük  arzularından biri olduğunu vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!