Naxçıvanda "Sürət Kargo" MMC-nin ofisində yoxlamalar başlayıb. Lent.az-ın əldə etdiyi məlumata görə, yoxlamalar şirkətin Naxçıvan şəhəri Təbriz küçəsi, 1 ünvanındakı mərkəzi ofisində və anbarlarında aparılır.
Məlumata görə, adıgedən şirkət həm ölkədaxili, həm də beynəlxalq poçt bağlamalarının daşınmasını həyata keçirir. "Sürət Kargo" MMC Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində qeydiyyatdan keçmiş və hər iki ölkədə özünəməxsus ofislərində fəaliyyət göstərir.
Şirkət Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsusdur və bölgədə bu sahədə inhisarçı kimi tanınır. pizza sifarişi
Son anda aldığımız məlumata görə, "Sürət Kargo" MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar başlayıb.
Telegram kanalımız