Məhkəmədən həbsdə olan keçmiş icra başçısıyla bağlı gözlənilməz qərar

saytların hazırlanması

Evə çatdırılma

Məhkəmədən həbsdə olan keçmiş icra başçısıyla bağlı gözlənilməz qərar

Kriminal

12 Yanvar 2022 13:55 1109


Yevlax rayonunun həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.

Yenisabah.az xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, sabiq icra başçısının səhhəti nəzərə alınaraq həbs müddəti 6 ilə endirilib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. pizza hut

Sabiq icra başçısı bir neçə gün əvvəl Mərkəzi Klinikaya yerləşdirilərək ikinci dəfə ürək əməliyyatı olunub. Hazırda müalicəsi davam etdirilir.

Xatırladaq ki, Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!