Məhkumlara sovqat və banderolların ötürülməsi bərpa olundu
13 Avq 2020 20:52
299

Məhkumlara sovqat və banderolların ötürülməsi bərpa olundu

Pandemiya ilə əlaqədar müvəqqəti dayandırılmış məhkumlara sovqat və banderolların ötürülməsi ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində bərpa olunub. 

Ədliyyə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, həmçinin respublikada infeksiyanın yayılmasının getdikcə azalması nəticəsində karantin qaydalarının növbəti dəfə yumşaldılması nəzərə alınaraq sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara qısa müddətli görüşlərin verilməsi qərara alınıb. 

Bununla əlaqədar penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinalar təşkil olunub. Artıq müəssislərin çoxunda yaradımış bu şəraitə uyğun məhkum və həbs olumuş şəxslərə qısa müddətli görüşlərin verilməsinə başlanılmışdır. 

Bununla yanaşı, ailələri ilə əlaqə saxlanılması məqsədilə məhbusların telefon danışıqları imkanları genişləndirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər