Mehmet Ali Erbil anasının dəfninə niyə getməyib? - Aylar sonra danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mehmet Ali Erbil anasının dəfninə niyə getməyib? - Aylar sonra danışdı

Şou

13 Oktyabr 2026 19:54 72


Türkiyəli  aparıcı Mehmet Ali Erbil doğma anasının dəfn mərasimində iştirak etməməsinin səbəbini aylar sonra açıqlayıb. Onun sözləri ailəsində yaşanan ağrılı keçmişi yenidən gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, Mehmet Ali Erbilin anası Yurdagül Eken 2026-cı ilin aprelində yaşlılıqla bağlı səhhət problemləri səbəbindən vəfat edib. İzmirdə dəfn olunan Yurdagül Ekenin mərasimində oğlu iştirak etməyib. Erbil aylar sonra bu qərarının səbəbini açıqlayıb. O, anasına haqqını halal etdiyini, lakin dəfn mərasiminə getməyə daxilən istək duymadığını bildirib.

“Anama haqqımı halal etdim. Dəfn mərasiminə gedə bilmədim. İçimdən gəlmədi”, – deyə o bildirib. Marqarita pizza

Məşhur aparıcı uşaqlıqdan bu günə qədər yaşadıqlarının onda dərin iz buraxdığını deyib. Buna baxmayaraq, övladlıq borcunu yerinə yetirdiyini vurğulayıb.

“Uşaqlığımdan bu günə qədər yaşananlar içimdə yarımçıq qaldı. Buna baxmayaraq, övladlıq borcumu sonuna qədər yerinə yetirdim. Anama da, ögey atama da aylıq pul ayırdım. Halbuki həmin adam mənə çox əzab vermişdi”, – deyə Erbil söyləyib.

Mehmet Ali Erbil daha əvvəlki açıqlamasında da anasına qarşı hisslərini gizlətməmişdi. O, anasının ailədə ögey atasının ona əziyyət verməsinə göz yumduğunu bildirərək belə demişdi:

“Anamı sevə bilmədim. İçimdə o qədər şey yığılıb qalmışdı ki, onu heç vaxt sevə bilmədim. Çünki bizi ögey atamızın qarşısında müdafiəsiz qoymuşdu”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!