Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım etdi

Siyasət

21 Dekabr 2022 11:29 566


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 95 illik yubileyi ilə əlaqədar paylaşım edib.

Yenisabah.az xəbər verir ki, paylaşımda deyilir:

“Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun!" pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!