Mehriban Əliyeva Səmərqənddə bəyannamə imzaladı

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Səmərqənddə bəyannamə imzaladı

Maraqlı

11 Noyabr 2022 16:23 804


Noyabrın 11-də Səmərqənd şəhərində “Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb.

Yenisabah.az xəbər verir ki, Türkiyə Respublikasının təşəbbüsü ilə hazırlanan Bəyannaməni Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai imzalayıblar.

Bəyannamədə Paris Sazişindəki və 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə nail olunması istiqamətində tükənən ehtiyatların səmərəli istifadəsinin təşviqi və təkrar istifadəsi, eləcə də tullantıların yaranmasının təkrar emal vasitəsilə azaldılması zərurəti qeyd edilir. Həmçinin tullantıların dayanıqlı idarə olunması ilə resursların səmərəliliyi və iqlim dəyişikliyi arasında güclü əlaqənin olduğu qəbul edilir. Bəyannamədə tullantıların dayanıqlı idarə olunması strategiyasının həyata keçirilməsinə sadiqlik ifadə olunur. Sənədə görə, dünyada sıfır tullantı yanaşmasının təbliğ olunacağı və qabaqcıl təcrübələrin paylaşılacağı vəd edilir. Bəyannamədə BMT-yə üzv dövlətlərə, vətəndaş cəmiyyətlərinə, özəl sektora və mediaya strategiya və yanaşmaları dairəvi iqtisadiyyata keçidin sürətləndirilməsinə, tullantıların iqlim dəyişikliyinə təsirinin azaldılmasına uyğunlaşdırmağa dair çağırış edilir. pizza hut

Qeyd edək ki, Bəyannaməni BMT-nin Baş katibi Antonio Quterreş də imzalayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!