Mehriban Xanlarova da Firuzə İbadovanı dəstəklədi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Xanlarova da Firuzə İbadovanı dəstəklədi

Şou

22 Oktyabr 2021 11:27 1050


Əməkdar artist Mehriban Xanlarova müğənni Firuzə İbadova barədə danışıb.

Yenisabah.az xəbər verir ki, aktrisa müğənninin ev istəməsi məsələsinə münasibət bildirib:

"Sənətkarlara sağkən layiq olduqları dəyər, ədalətli şəkildə verilməlidir. Çünki daha sonra gec olur. Ömrünün yarısını Azərbaycan mədəniyyətinə həsr etmiş Məhəbbət Kazımov, Baloğlan Əşrəfov və Zöhrə Abullayeva kimi sənətkarların "Əməkdar artist" fəxri adı ilə dünyalarını dəyişməsi, bir çox insanları məyus etmişdi. Firuzə İbadova da ömrünün yarısını Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Gec olmadan, layiq olduğu dəyəri görməlidir. İnanıram ki, tez bir zamanda Firuzə xanımın sosial durumunun yaxşılaşdırılması üçün və sənət fəaliyyətinə aidiyyəti qurumlar tərəfindən diqqət və qayğı göstəriləcək". pizza sifarişi

Qeyd edək ki, Firuzə İbadova 32 kvadratmetrlik şəraitsiz evdə yaşadığını bildirib.

O, yaşayışının yaxşılaşdırılması üçün dövlətdən yardım istəyib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!