Mehridən keçən dəmir yoluna dair bəyanatın mətni hazırdır - Overçuk

Mehridən keçən dəmir yoluna dair bəyanatın mətni hazırdır - Overçuk

Rəsmi Veb saytların hazırlanması

03 Noyabr 2023 17:37 2157


Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası ikitərəfli məsələdir.

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı Üçtərəfli işçi qrupun həmsədri Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı işçi qrupun həmsədrləri Ermənistan və Azərbaycanın baş nazirlərinin müavinləridir.

“Rusiyanın bu prosesdə iştirakına və roluna gəlincə, hər zaman dəstək verməyə hazırıq. Habelə sənədləri, o cümlədən Rusiyada tarixən mövcud olan kartoqrafik sənədləri təqdim etməyə hazırıq", - deyə Rusiya rəsmisi vurğulayıb.

Overçuk xatırladıb ki, sonuncu dəfə işçi qrup iyunun 2-də toplaşıb: "Mehridən keçən dəmir yolunun tikintisinə başlanılması ilə bağlı birgə bəyanatın mətni də böyük ölçüdə hazırdır. Avtomobil yolunun tikintisinə gəlincə, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən avtomobil yolunun tikintisinə başlayıb. Bildiyimizə görə, Azərbaycanla İran arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair də memorandum imzalanıb. Ermənistanda tikilməkdə olan Şimal-Cənub magistral yolu İrandan Ermənistan ərazisindən Gürcüstana qədər uzanacaq çox mühüm infrastruktur layihəsidir. Əlbəttə, Yuxarı Larsı nəzərə alsaq, o, Şimal-Cənub dəhlizində də çox mühüm rol oynayacaq. Buna əminik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!