Peru Konqresinin (parlament) Xarici Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopes Obradoru Peru hakimiyyətini tənqid etdiyinə görə onu "persona non qrata" elan etməyə səs verib.
Yenisabah.az xəbər verir ki, bu barədə parlamentin "Twitter" səhifəsində məlumat yerləşdirilib.
İndi təşəbbüsə Konqresin plenar iclasında baxılmalıdır. Bu ilin fevralında Peru parlamenti Kolumbiya prezidenti Qustavo Petronu "persona non qrata" elan edib. Toyuqlu pizza
Bundan əvvəl Lopes Obrador Peru prezidenti Dina Boluarteni "qəsbkar" adlandırıb və bir daha bəyan edib ki, Mexiko Sakit Okean Alyansına sədrliyi Limaya ötürməyəcək.
Meksika liderinin sözlərinə görə, keçmiş dövlət başçısı Pedro Kastilyo ədalətsiz olaraq vəzifəsindən uzaqlaşdırıldığı üçün Boluarte hakimiyyətə qanunsuz gəlib.
Telegram kanalımız