Məktəb direktoru məzuniyyətini Bakıda avtobus sürərək keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Məktəb direktoru məzuniyyətini Bakıda avtobus sürərək keçirdi - Fotolar

Sosial

30 Avqust 2020 21:58 1833


Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayev məzuniyyət vaxtı avtobus sürücüsü kimi çalışıb.

Yenisabah.az xəbər verir ki, bu barədə direktorun özü sosial media hesabından paylaşım edib.

E.Rzayev məzuniyyət vaxtı əlavə qazanc məqsədilə Bakıda sürücü kimi çalışdığını qeyd edib: "Sabah məzuniyyətim bitir. Məzuniyyət vaxtından istifadə edib əlavə qazanc əldə etmək üçün başladığım işə bu gündən son qoydum. 31 avqust bir gün istirahət edim, 1 sentyabrdan işdəyik...." Qeyd edək ki, direktorun bu addımı bir çoxları tərəfindən alqışla qarşılanıb. pizza

Qeyd edək ki, şərhlərdə fotoların avtobusu təhvil verdiyi vaxt çəkildiyi yazılıb. Fotodan da göründüyü kimi avtobusda sərnişinlər yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!