Məktəb işçisi oruc tutan şagirdə yemək yeyənləri izləmək cəzası verdi
15 Noy 2019 09:54
218

Məktəb işçisi oruc tutan şagirdə yemək yeyənləri izləmək cəzası verdi

Nyu-Yorkda oruc tutan şagirdə yemək yeyənləri izləmə cəzası verilib

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, hadisə Bruklində yerləşən “P.S. 264” adlı məktəbdə baş verib.

Məlumata görə, məktəb işçilərindən biri 9 yaşlı, İ.A adlı müsəlman şagirddən yeməkxanada əyləşərək yemək yeyənlərə baxmağı tələb edib. Şagirdin anası onun başverənlərdən psixoloji travma aldığını bildirir. Qadın faktla bağlı Nyu-York Təhsil Departamentinə müraciət etsə də, həmin işçiyə qarşı heç bir tədbir görülməyib. 

Sabrina Eldarqızı

 

Oxşar xəbərlər