Məktəb məzunları ilə bağlı vacib yenilik -   Attestatlar belə veriləcək!

saytların hazırlanması

Evə çatdırılma

Məktəb məzunları ilə bağlı vacib yenilik - Attestatlar belə veriləcək!

Sosial

11 Avqust 2026 15:11 85


2025–2026-cı tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri ilk dəfə elektron formatda təqdim olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, 2026-cı il məzunları attestatlarını artıq “myGov” platforması vasitəsilə əldə edə bilərlər. pizza mizza

Yeni tətbiq çərçivəsində təxminən 300 min məzunun attestatı elektron sənəd formasında hazırlanıb. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən elektron imza ilə təsdiqlənən attestatlar artıq “myGov” platformasında əlçatandır.

Məzunlar elektron attestatlarını “myGov”un veb versiyasında “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

Valideynlər isə övladlarına aid təhsil sənədlərinə “Övladlarımın təhsil sənədləri və məlumatları” bölməsi vasitəsilə baxa bilərlər.

Elektron attestatın üzərindəki QR kodu oxutmaqla, həmçinin Elm və Təhsil Nazirliyinin edu.gov.az saytında “Sənəd yoxlama” bölməsinə sənədin nömrəsi və doğum tarixini daxil etməklə attestatın həqiqiliyini yoxlamaq mümkündür.

Qeyd olunub ki, elektron attestatların yaxın günlərdə “myGov” mobil tətbiqində də əlçatan olması təmin ediləcək.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!