“Məktəblərdə telefondan istifadə qadağan edilə bilər“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“Məktəblərdə telefondan istifadə qadağan edilə bilər“ - Nazir

Sosial

06 Sentyabr 2023 16:56 375


Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, hazırda məktəbə telefon gətirilməsini qadağan edən xüsusi qayda yoxdur: "Bu kimi məsələlər məktəbdaxili qaydalarla tənzimlənməlidir". Dördpendirli pizza

Onun sözlərinə görə, ilin sonuna bu kimi müəyyən məsələlərin tənzimlənməsini özündə ehtiva edən qaydaların qəbulu planlaşdırılır:

"Dərs zamanı telefondan istifadə etmək olmaz. Kimsə üzərində məktəbə telefon gətirə bilər. Etik normalar çərçivəsində hər kəs davranışına fikir verməlidir. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!