Məktəbli ana? - “Valideyn düşünür ki, nə qədər gec deyil, “başını bağlayım”

saytların hazırlanması

Evə çatdırılma

Məktəbli ana? - “Valideyn düşünür ki, nə qədər gec deyil, “başını bağlayım”

Sosial

28 Sentyabr 2022 16:34 1490


Azərbaycanda 2021-ci ildə 20 yaşadək qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb.

Statistikada qeyd olunur ki, onların 84 nəfəri 16 yaşa qədər olan analar, 341 nəfəri 16 yaşlı analardır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva bu cür hadisələrə haqq qazandırmadığını, qızların təhsil almasının vacib olduğunu bildirib: Toyuqlu pizza

“Təbii ki, dövlətin öz qanunu var, 18 yaşına çatmamış qızlar ərə gedə bilməz. Dövlət öz qanunu verib, bu məsələdə dövlətin günahı yoxdur. Bu halların daha çox rayonlarda, ucqar kəndlərdə olması yəqin ki, mentalitetlə əlaqəlidir. Mən hər bir halda bu hadisələrə haqq qazandırmıram. Bu düzgün deyil. Məktəbli uşaq nə qanır ailə nədir, gələcək nədir? Qızlar mütləq təhsil almalıdırlar. Təhsil olmasa belə mütləq hər hansı peşəyə yiyələnməlidirlər. Sonra bir şey olduqda qalacaqlar ortada. Qadının əlində mütləq sənəti olmalıdır”.  

Aktrisa övladını erkən yaşda ərə verən valideynləri də anlamağa çalışıb:

“Bir tərəfdən də baxırsan ki, cəmiyyətdə nələr baş verir. Bəlkə də ona görə valideynlər düşünürlər ki, nə qədər etzdi, “başını bağlayım”, getsin. Bilirsiniz, hadisələrin kökünü tam dəqiq heç vaxt araşdırmaq olmur. Bu gün aləm bir-birinə qarışıb, sosial şəbəkələrdə nələr yayırlar, nə oyunlardan çıxırlar. Bəlkə də valideynlər artıq qorxurlar. Son vaxtlar nə qədər qızlar narkomaniya bəlasına düşüb, əxlaqsızlıq baş alıb gedir. Valideynləri bir tərəfdən qınayırıq, bir tərəfdən də fikirləşirsən ki, bəlkə də qorxduqları üçün belə addım atırlar. Mən düşünürəm ki, erkən yaşda evliliklərin sayı daha çox bu cür hallara görə artır”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!