Melanya Tramp riyakarlıqda ittiham olundu
25 Noy 2020 07:16
449

Melanya Tramp riyakarlıqda ittiham olundu

İnternet istifadəçiləri Melanya Trampı ikiüzlülükdə günahlandırıblar.

Bu barədə Lenta.ru xəbəri verir. Amerikalılar hesab edir ki, ABŞ-ın birinci xanımı Milad tətillərinə qətiyyən sevinmir.

Sosial şəbəkə istifadəçiləri öz etirazlarını M.Trampın Ağ Evdə bəzədilən ənənəvi Milad ağacına həsr etdiyi “Twitter” paylaşımının şərh hissəsində bildiriblər.

Bir çox internet istifadəçisi M. Trampın duyğularını saxta hesab edərək, “Bu tətilin hər dəqiqəsindən nifrət edirsiniz”, “Ağ Evin əfsanəvi çəhrayı bağını da məhv etdiniz!” kimi şərhlər yazıblar.

İnternet istifadəçiləri M. Trampın öz rəfiqəsi ilə telefon danışığını da tənqid ediblər.  

Qeyd edək ki, mətbuata sızmış sözügedən telefon danışığında ABŞ-ın birinci xanımı bütün günü işləməkdən şikayət edərək, prezidentin həyat yoldaşı kimi bu ayinləri icra etmək məcburiyyətində olduğunu söyləyir.  /Oxu.az

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər