Türkiyəli məşhur müğənni Demet Akalın dünən baş tutan konsertindən sonra jurnalistlərə maraqlı açıqlamalar verib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, boşandığı həyat yoldaşı Okan Kurtla yenidən birlikdə yaşamağa başlayan ifaçı hamiləlik dedi-qodusuna aydınlıq gətirib. O, “Hamiləsiniz?” sualına “Kaş ki. İnşallah. Mən hamilə qalsam, bunlar ac qalar” deyərək musiqiçilərini işarət edib və ətrafdakıları güldürüb.
Xatırladaq ki, bir müddət əvvəl ifaçının yeni barışdığı Aynur Aydına üzüyünü verdiyi iddia edilirdi. Demet Akalın küsülü olduğu həmkarına brilliant üzüyünü hədiyyə etmədiyini açıqlayıb. Toyuqlu pizza

Telegram kanalımız