Əməkdar artist Rəhman Rəhmanovun müğənni oğlu Emil Rəhmanoğlu "Tarixin bir günü" proqramına qonaq olub.
Yenisabah.az xəbər verir ki, Emil uzun üddətdir narkotikdən müalicə olunduğunu bildirib.
"Məclislər olanda, pul qazananda telefonumun enerjisi dözmürdü, o qədər zənglər olurdu ki... Müalicə ərəfəsində telefon ləğv olundu. Kim eşidirdi ki, Emil müalicə olunur, yox olurdular. Özümü hər şeydən təcrid etdim. İndi də telefonum var, amma nömrəsi yoxdur. Ancaq oyun oynamaq üçündür", - deyə ifaçı qeyd edib. Pepperoni pizza
Emil Rəhmanoğlu vurğulayıb ki, müğənnilərin əksəriyyəti onun efirə çıxmasına qadağa qoymağa çalışıb:
"Mənə dəstək olmaqdansa, sənət adamları studiya rəhbərliyinə xəbərçilik edib qadağa qoydurmaq istəyirlər. Deyirlər ki, onu efirə buraxmayın. Gənclərə narkotik təbliğ edir. Mən müğənniyəm, efirə çıxıb mahnı oxuyuram". /axsam.az
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız