"Uşaqlar olana qədər adam özünə pal-paltar ala bilir. Hara gedirsənsə, ancaq özünü fikirləşirsən".
Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Zaur Baxşəliyev deyib. Sosial şəbəkə hesabında görüntülərini paylaşan aparıcı geyim həvəskarı olduğunu bildirib:
"Amma indi təkcə uşaqları düşünürəm. Hara gedirəmsə, gözüm uşaq mağazası axtarır ki, görəsən nə maraqlı, fərqli şeylər var. Böyüklərin mağazasının yanından keçəndə heç diqqətimi cəlb etmir. Halbuki əvvəllər məni o mağazalardan çıxarmaq mümkün deyildi. Təki böyüyəndə qədrimizi bilsinlər”. pizza
Qeyd edək ki, məşhur cütlük Zaur Baxşəliyev və Günay Baxşəliyevanın Dilavər və Davud adında iki övladı var.
Telegram kanalımız