“Məni öldürmək fikrindədirlər” - Kamil Zeynallı

saytların hazırlanması

Evə çatdırılma

“Məni öldürmək fikrindədirlər” - Kamil Zeynallı

Şou

01 İyul 2022 20:56 4274


İdmançı Kamil Zeynallı sosial şəbəkədə açıqlaması ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, o, feysbuk səhifəsində bu sözləri yazıb:

"Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb. Acıqlarına gəlib. Bu səfərimiz də xəbərlərə səbəb olub. Bunlar hələ də məni izləyirlər. Ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər. Pepperoni pizza

Xəbərlərində öz vətəndaşlarına harda olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə eləsinlər. Guya bunlar ağıllıdırlar da, daha demirlər ki, harada olduğumu Bakıya gələndən sonra yazdım. Mövcud olmayan qondarma "Arçax" hələ anlamır ki, Azərbaycanda milyonlarla Kamil Zeynallı var.

Biz xalq olaraq bunu 44 günlük zəfərimizdə bütün dünyaya sübut etdik. Görünür məğlub olmuş erməni höküməti öz şovinist fikirlərindən daşınmaq istəmir. Biləsiz ki, dövlətimizin və xalqımızın Dəmir yumruğu yerindədir".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!