Merkelin titrəməyini oturacaqla ört-basdır etməyə çalışdılar – Foto

Merkelin titrəməyini oturacaqla ört-basdır etməyə çalışdılar – Foto
İyul 11, 2019
Oxunma sayı: 78

Son günlər rəsmi görüşlər zamanı ard-arda titrəmə keçirən Almaniya Baş naziri Angela Merkelin təkrar oxşar hadisə ilə üzləşməməsi üçün tədbir görülüb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Merkelin titrəməsinin hiss olunmaması üçün artıq mərasim zamanı oturacaqdan istifadə edilir.

Merkel bu gün Danimarkanın Baş naziri Mette Frederikseni qarşılayıb. Hər iki baş nazir mərasimi əyləşərək izləyib.

Xatırladaq ki, A.Merkel iyunun 18-də Ukrayna Prezidenti Vladimir Zelenski, iyunun 27-də  Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə də titrəmə keçirib. Dünən isə Berlində, Finlandiya Baş Naziri Antti Rinne ilə görüşdə kansler üçüncü dəfə eyni problemlə üzləşib.

Sabrina