Azərbaycan Mərkəzi Bankı Bakının Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən əvvəlki inzibati binasında otaqlardan birinin yenidən qurulması və layihələndirilməsi ilə bağlı satınalma müqaviləsi bağlayıb.
“Yeni Sabah” xəbər verir ki, işlərin icrası "Platinr Group" MMC-yə həvalə olunub. Müqavilənin dəyəri 80 169 manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 100 manat olan "Platinr Group" MMC-nin qanuni təmsilçisi Fərəcov Elvin Nizami oğludur. Şirkət 2024-cü ildən indiyədək dövlət qurumları tərəfindən keçirilmiş 25-ə yaxın satınalma müsabiqəsinin qalibi seçilib. pizza
Xatırladaq ki, Mərkəzi Bankın yeni inzibati binası Bakının Heydər Əliyev prospekti 167 ünvanında yerləşir. Həmin binanın açılışı bu il iyunun 3-də Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
Telegram kanalımız