Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar

İqtisadiyyat

31 İyul 2026 10:18 66


Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin, sabit - 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Qərara görə, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılır.

Mərkəzi Bankdan “Yeni Sabah”a verilən məlumata görə, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!