Mərkəzi Bankın nümayəndə heyəti Tailandda işgüzar səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Mərkəzi Bankın nümayəndə heyəti Tailandda işgüzar səfərdədir

İqtisadiyyat

14 Oktyabr 2026 11:31 74


Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) İllik Toplantılarında iştirak etmək məqsədilə Tailand Krallığının paytaxtı Banqkok şəhərinə işgüzar səfər edir.

“Yeni Sabah” xəbər verir ki, İllik Toplantılar çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Azərbaycanın da daxil olduğu Seçki Qrupunun iclasında və bir sıra mühüm tədbirlərdə iştirakı nəzərdə tutulub.

Səfər müddətində, həmçinin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun rəhbər şəxsləri, eləcə də beynəlxalq aparıcı maliyyə-investisiya institutlarının və təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!