Məşhur aktyor 11 ildən sonra “Arka sokaklar”da - Foto

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktyor 11 ildən sonra “Arka sokaklar”da - Foto

Şou

17 May 2025 21:59 550


"Arka sokaklar" serialı 20-ci mövsüm üçün təsdiq alaraq Türkiyə televiziya tarixində iz qoymağa davam edir.

Yenisabah.az xəbər verir ki, son həftələrdə Aylin obrazının (Özlem Çınar) şəhid olması ilə izləyiciləri duyğulandıran serial bu dəfə gözlənilməz bir geridönüş səhnəsilə gündəmə gəlib. Serialın yeni bölümündə tamaşaçılar tanış bir sima ilə qarşılaşıblar.

Belə ki, Nail Kırmızıgül vaxtilə böyük təsir bağışlamış Cevher Şanlı obrazı ilə 11 ildən sonra yenidən "Arka sokaklar"a qayıdıb. Dördpendirli pizza

Cevher illər əvvəl Mesut Komissar (Şevket Çoruh) ilə birlikdə cənub-şərq bölgəsində xidmət etmiş, xüsusi təyinatlı polis qüvvələrindən olan bir obraz idi. Lakin illər keçdikcə yalnız görünüşlər deyil, münasibətlər də köklü şəkildə dəyişib.

Bir zamanlar eyni səngərdə çiyin-çiyinə döyüşən Cevher və Mesut indi tamam fərqli mövqelərdə dayanırlar. Onların vəzifə anlayışları və həyata baxış tərzləri zamanla bir-birindən uzaqlaşıb. Köhnə dost indi qarşıda duran bir təhlükəyə çevrilib.

"Arka sokaklar" bu maraqlı qarşıdurma ilə izləyicilərinə yenidən unudulmaz anlar yaşatmağı vəd edir./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!