“Uzak Şehir” serialının yeni mövsümündə hadisələrin gedişinə təsir edəcək yeni obraz ortaya çıxacaq.
“Yeni Sabah” xəbər verir ki, serialın aktyor heyətinə tanınmış aktyor Taner Turan qoşulub. Aktyor ekran işində “Mirza” adlı obrazı canlandıracaq. Məlumata görə, Mirza bölgənin nüfuzlu aşiret başçılarından biri kimi hekayəyə daxil olacaq. Yeni obrazın serialda mövcud güc münasibətlərinə təsir göstərəcəyi və hadisələrin gedişində yeni qarşıdurmalara yol açacağı bildirilir. Mirzanın hansı tərəfdə dayanacağı və Albora ailəsi ilə münasibətinin necə olacağı isə hələ açıqlanmayıb.
Hazırda üçüncü mövsümü yayımlanan “Uzak Şehir” serialının çəkilişləri Mardində aparılır. Ekran işinin baş rollarında Ozan Akbaba və Sinem Ünsal yer alır. Serialda Gonca Cilasun, Müfit Kayacan, Atakan Özkaya, Dilin Döğer, Nazmi Kırık və digər aktyorlar da rol alır. pizza sifarişi
Taner Turan 17 dekabr 1969-cu ildə Ərzurumda anadan olub. Anadolu Universitetinin Dövlət Konservatoriyasında aktyorluq təhsili alıb. Uzun illər teatr səhnəsində çalışan aktyor Sivas və Bursa Dövlət Teatrlarında fəaliyyət göstərib.
Turan daha əvvəl “Ezel”, “Kurtlar Vadisi Pusu”, “Muhteşem Yüzyıl”, “Şeref Meselesi”, “Paramparça”, “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Uyanış: Büyük Selçuklu”, “Kuruluş Osman” və “Hudutsuz Sevda” kimi məşhur layihələrdə rol alıb. Son olaraq “Hudutsuz Sevda” serialında izləyici qarşısına çıxıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız