Məşhur ekstrasensdən dünyanı şoka salan xəbərdarlıq: 11 ölkə darmadağın olacaq

saytların hazırlanması

Evə çatdırılma

Məşhur ekstrasensdən dünyanı şoka salan xəbərdarlıq: 11 ölkə darmadağın olacaq

Dünya

20 Mart 2023 09:15 2106


Hindistanlı ekstasens dağıdıcı yeraltı təkanların olacağını, bir sıra ölkələrin darmadağın olacağını bildirib.

Milli.Az "Daily Star"a istinadən xəbər verir ki, Hindistanın Babu Kalayil adlı tanınmış cadugəri yenə qorxunc hadisələrin olacağından xəbər verib.

Hindli cadugər Hind Okeanında baş verəcək güclü zəlzələ haqda hər kəsi məlumatlandırıb. Zəlzələnin nəhəng sunami yaradacağını iddia edən şəxs Çin, Hindistan, Yaponiya, Nepal, Pakistan, İndoneziya, Əfqanıstan da daxil olmaqla 11 ölkədə dəhşətli dağıntılar gözlənildiyini bildirib.

Təbii fəlakətin qurbanlarının sayını azaltmaq məqsədilə, o, hətta Hindistanın baş nazirinə məktub yazaraq, kataklizmlərə hazırlaşmağı məsləhət görüb. Məktubda onun sözlərini qulaqardına vurmamağı xahiş edən hindli ekstrasens, dağıdıcı zəlzələnin bu ilin sonlarında olacağını da dəqiqləşdirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!