Məşhur erməni deputat mandatdan imtina edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Məşhur erməni deputat mandatdan imtina edə bilər

Rəsmi

26 Noyabr 2022 10:32 808


Ermənistanda müxalif “Hayastan” blokunun deputatı Aram Vardevanyan dünən mandatından imtina edib, baxmayaraq ki, onu bunu etməməyə inandırmağa çalışıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzet iddia edib ki, növbəti istefanı İşxan Saqatelyan edəcək.

“Hraparak” yazır ki, Ermənistan müxalifətinin Milli Məclisə qayıtmaq qərarından sonra Saqatelyan 2 həftədir ki, sessiyalara çıxmır:

“Baxmayaraq ki, o, dekabrın 2-də müxalifətin təşəbbüsü ilə çağırılan növbədənkənar sessiyada iştirak edəcək. Siyahıda növbəti, 36-cı yerdə “Vanadzor” Tibb Mərkəzində işləyən həkim, kampaniya zamanı pulsuz səhiyyə sistemi vəd edən partiyasız Rima Qazaryandır.

Qazaryandan sonra siyahıda növbəti yerdə şərqşünas Ruben Melkonyandır”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!