Türkiyənin məşhur müğənnisi İrem Derici dövlət tədbirində qeyri-etik sözlərdən istifadə edib.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xanım ifaçı Kocaeli bələdiyyəsi tərəfindən təşkil olunan festival zamanı “Kalbinin tek sahibine” mahnısını söyləyərkən bəstədə istifadə olunan mələklər bölümündə qeyri-etik söz işlədib.
İfaçı “burada olmayan mələklər mənim… yesin”, - deyə qışqırıb. Sözügedən video qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Bundan sonra Kocaeli bələdiyyəsi açıqlama yayaraq İ. Dericini qınadığını qeyd edib. Onlar həmçinin bildiriblər ki, bundan sonra bələdiyyələrinin təşkil edəcəyi hansısa dövlət tədbirində ona yer verilməyəcək: Toyuqlu pizza
“İrem xanımın konsert vaxtı söylədiyi fikirlər cəmiyyət və bələdiyyəmiz tərəfindən qınanılıb. Bundan sonra təşkil olunan hansısa konsertdə ona yer verməyəcəyik”.
Hadisələrdən sonra İrem Derici video çəkərək açıqlama verib. O, 8 ildir səhnədə olduğunu. Amma bəzən istəməsə də, qeyri-etik ifadələr işlətdiyini və bunu dəyişə bilmədiyini deyib. İfaçı olanlara görə üzr istəyib:
“Mənim vokalistimin adı Mələkdir. O bizimlə konsertə gələ bilmədi, Buna görə, həmin ifadəyə yer verdim. Üzülən, qəlbi qırılanlar olubsa, üzr istəyirəm. Üzr istəmək böyüklükdür”.
Telegram kanalımız