Məşhur reper aldığı mükafatı unitaza atıb murdarladı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Məşhur reper aldığı mükafatı unitaza atıb murdarladı - Video

Şou

17 Sentyabr 2020 10:54 1667


Dünyaca məşhur reper Kanye Uest aldığı “Grammy” mükafatını unitaza ataraq üstünə təbii ehtiyaclarını ödəyib. 

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, K.Uest görüntüləri sosial şəbəkə hesabında paylaşaraq "İnanın mənə, dayanmayacağam!" – deyə şərh verib. 

Məşhur reperin bu hərəkəti pərəstişkarları tərəfindən birmənalı qarşılanmayıb. Onun bu paylaşımı iyrənc adlandırılıb.  pizza sifarişi

Bəziləri isə sənətçinin bu addımı etiraz olaraq atdığını bildirib. 

Qeyd edək ki, Kanye Uest bu yaxınlarda afroamerikalıların ədalətsizliyə uğradığını bildirərək etiraz etmişdi.  O, ağ insanların idarə etdiyi musiqi şirkətlərinin qaradərililəri istifadə etdiyini deyərək,“NBA”-ya və musiqi dünyasına "Gəlin birlikdə dayanaq" deyə səslənmişdi.

Sənətçi daha sonra verdiyi açıqlamada atdığı addımdan peşman olmadığını dilə gətirib. 

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!