Məşhur şairi gürzə sancdı: Reanimasiyaya yerləşdirildi

saytların hazırlanması

Evə çatdırılma

Məşhur şairi gürzə sancdı: Reanimasiyaya yerləşdirildi

Hadisə

05 İyul 2026 11:31 119


Dağıstanda tanınmış dargin şairi və mahnı müəllifi İlyas İdziyevi zəhərli gürzə ilanı çalıb.

“Yeni Sabah” Musavat.com-a istinadən xəbər verir ki, hadisə Dağıstanın İzberbaş şəhərində şairin yaşadığı fərdi evdə baş verib.

Qohumlarının sözlərinə görə, İlyas İdziyevi Dağıstanda yayılan və Qırmızı Kitaba daxil edilmiş zəhərli gürzə ilanı dişləyib. pizza sifarişi

Məlumata görə, ailə üzvlərinin çevik reaksiyası nəticəsində şair təcili olaraq şəhər xəstəxanasına çatdırılıb. Həkimlər ona zəruri tibbi yardım göstəriblər. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir. İlyas İdziyev reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin tədricən yaxşılaşdığı qeyd olunur.

Qeyd edək ki, İlyas İdziyev 1938-ci ildə Dağıstanın Sergokalinski rayonunun Uraxi kəndində anadan olub. Peşəcə stomatoloq olan şair yeddi şeir toplusunun müəllifidir. Onun "Ulduzlara doğru atılım", "Gənclik baharı", "Tumanar", "Taleyin hədiyyəsi" və "Şairin ürəyi" adlı kitabları nəşr olunub. O, yaradıcılığı dövründə 1400-dən çox şeir qələmə alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!