Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur teleaparıcı istefa verdi - Səbəbini özü açıqladı - VİDEO

Şou

02 İyun 2026 09:14 301


Məşhur teleaparıcı Könül Muxtarova “Space” televiziyası ilə yollarını ayırıb.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama yayıb.

Aparıcı bildirib ki, üç aydır maaş ala bilmir və bu səbəbdən işdən çıxıb: Pepperoni pizza

“Bu gündən “Space” TV ilə yollarımı ayırdım. Səbəbi də odur ki, artıq bir neçə gündür rəhbərliklə razılaşmışam və bu gün hətta efirdən sağollaşmaq istəyirdim. Sadəcə olaraq mənə dedilər ki, səbr et bəlkə bir ortaq məxrəcə gəldik, amma olmadı. Burada haqq məsələsi var. Üç aydır çalışdığım kanaldan heç bir maaş ala bilmirəm. Bundan sonra da ödəniləcəyinə vəd verə bilmədiklərinə görə, hər kəslə sağollaşıb yollarımı ayırdım”.

Qeyd edək ki, “Space”də K.Muxtarova “Sevilən səhər” proqramının aparıcısı idi. Veriliş üç aydır ki, həftə içi hər gün səhər saatlarında efirə gedirdi.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!