Məşhur türk serialına çəkilən azərbaycanlı aktyor kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Məşhur türk serialına çəkilən azərbaycanlı aktyor kimdir?

Şou

31 Yanvar 2019 15:05 4497


Azərbaycanlı aktyor məşhur türk serialında rol alıb.

“Yeni Sabah” xəbər verir ki, “Eşkiya dünyaya hükümdar olmaz” serialının 123-cü bölümündə iştirak edən Nizami Məmmədov Haşmet obrazının yaxın adamlarından birini canlandırır.

Bu barədə saytımıza danışan aktyor iki aydan çoxdur ki, Türkiyədə olduğunu bildirib: Marqarita pizza

“Azərbaycanda fəaliyyət göstərirdim. Bu sahədə olan bəlli bir şəxsin təklifi ilə gəldim və müqavilə əsasında proyektlərdə rol aldım. Əslində bu iki ayda saysız serial,film və reklamlarda rol almaq imkanım oldu. 

Bu serialda hələ ki, dialoq olmadan,sadəcə görüntü olaraq qarşı tərəfi duruşu, baxışı, davranışı ilə qorxutmağa çalışan və şefi qorumaq üçün əlindən gələni edən bir neçə fədakarlardan biriyəm. Amma rolun davamı var. Sadəcə ssenaridən çəkiliş günü xəbərimiz olduğu üçün hansı bölümdə və nə qədər olacağım bəlli deyil”.

Qeyd edək ki, Nizami Məmmədov bu seriala qədər “Erkenci Kuş”, “Çarpışma”, “Muhteşem İkili”,”Yasak Elma”,”Vuslat “ və.s seriallarda da iştirak edib. 

 Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!