Məşhurlar Şaxta baba qiyafəsində: “Kişidir, evinə pul aparmalıdır...“

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlar Şaxta baba qiyafəsində: “Kişidir, evinə pul aparmalıdır...“

Şou

16 Dekabr 2021 13:35 913


Bakıda Yeni il ərəfəsində Şaxta baba və Qar qız kimi fəaliyyət göstərmək üçün ödəniləcək rüsum məlum olub.

Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov bildirib ki, paytaxtda Şaxta baba və Qar qız kimi fəaliyyət göstərən cütlüklər bunun üçün 60 manat rüsum ödəməlidirlər. 

Əvvəllər Yeni il ərəfəsində teatrlarımızda da bayram əhval-ruhiyyəsi yaşanardı. Belə ki, "Yeni il şənliyi” tədbirlərində Azərbaycanın sayılıb-seçilən sənətkarları Şaxta baba, Qar qız libası geyərək uşaqlara sevinc bəxş edərdi. Dördpendirli pizza

Bəs görəsən, bu ənənə indi də davam edirmi?

Mövzu ilə bağlı Yenisasabah.az-a danışan aktyor Elməddin Cəfərov şənliklərə Şaxta baba kimi qatılmağa pis baxmadığını, lakin heç vaxt belə təklif almadığını deyib:

“Əvvəllər belə şənliklərə aktyorların dəvət edilib-edilmədiyini bilmirəm. Mən özüm heç vaxt şənliklərə Şaxta baba qismində qatılmamışam, heç vaxt belə bir təklif almamışam. Bəziləri buna bir qədər başqa tərzdə yanaşır, amma burada pis heç nə yoxdur, buna pis baxmıram. Kimsə Şaxta baba kimi gedirsə, evinə ruzi aparırsa burada pis nə var? Kişidir, pul qazanıb, evinə çörək aparmalıdır. Bu ayıb bir şey deyil. Təbii ki, hər kəsin öz həqiqəti var, hərə məsələyə bir cür yanaşır. Biri tənqid edirsə, başqası tərif edir, bu normaldır”.

Gənc Tamaşaçılar teatrının aktyoru, rejissor Nicat Kazımov heç vaxt şənliklərə Şaxta baba kimi getməyəcəyini bildirib:

“Hansı aktyorlar gedir bilmirəm, bu barədə məlumatım yoxdur. Mən heç vaxt Şaxta baba kimi məclislərə getməmişəm, getmirəm, bundan sonra da getməyəcəm. Əvvəllər teatrda Şaxta Baba kimi çıxış etmişəm, lakin küçədə, restoranlarda, bağçalarda, məktəblərdə Yeni il şənliklərinə qatılmamışam”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!