Məşhurların meneceri 12 il 6 ay həbsə məhkum edildi

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların meneceri 12 il 6 ay həbsə məhkum edildi

Şou

11 Fevral 2026 16:38 444


"Gezi Parkı hadisələri" ilə bağlı açılmış cinayət işi üzrə menecer Ayşe Barım Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdə yardım etmə ittihamı ilə 12 il 6 ay azadlıqdan məhrum edilib.

"Yeni Sabah" xəbər verir ki, İstanbul 26-cı Ağır Cinayət Məhkəməsinin qərarına əsasən, Barım ilkin olaraq ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilsə də, onun “Gəzi hadisələri”ndə təşkilatçı yox, yardım edən statusu ilə qatıldığını və məhkumluğunun olmaması nəzərə alınaraq cəza 12 il 6 aya endirilib.

Prokurorluğun hazırladığı iddianamədə Barımın Gezi Parkı prosesində bəzi tanınmış şəxslərlə əlaqə saxladığı, rəhbərlik etdiyi şirkətə bağlı sənətçiləri aksiyalara yönləndirdiyi iddia olunurdu. Müdafiə tərəfi isə ittihamların konkret və birbaşa sübutlara əsaslanmadığını bildirib və bəraət tələb edib. Dominos pizza

Məhkəmə qərarından iki həftə ərzində apellyasiya şikayəti verilə bilər.

Xatırladaq ki, Ayşe Barım Halit Ergenç, Bergüzar Korel, Hazal Kaya, Serenay Sarıkaya, Belçim Bilgin, Nejat İşler kimi məşhur sənətçilərin meneceri olub.

2013-cü ilin mayında İstanbulun Gezi Parkının yenidən qurulmasına qarşı başlayan etiraz aksiyaları ilə başlayan Gezi Park hadisələri polis müdaxiləsindən sonra qısa müddətdə hökumət əleyhinə kütləvi nümayişlərə çevrilərək Türkiyənin bir çox şəhərinə yayıldı. Türkiyə hökuməti hadisələri ictimai etiraz deyil, dövlətə qarşı təşkil olunmuş təxribat və sabitliyi pozmağa yönəlmiş cəhd kimi qiymətləndirmiş, aksiyalara qarşı sərt təhlükəsizlik tədbirləri tətbiq etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!