Məşqçisi erməni olan azərbaycanlı çempion - FOTOLAR  

saytların hazırlanması

Evə çatdırılma

Məşqçisi erməni olan azərbaycanlı çempion - FOTOLAR  

İdman

23 Fevral 2024 20:57 6805


17-18 fevral tarixlərində İspaniyanın Fuenqirola şəhərində Avropa Kadet Kuboku keçirilib. Turnirdə 23 ölkədən 484 cüdoçu iştirak edib. 

Yarışmada əslən azərbaycanlı olan Estoniya vətəndaşı Marek-Adrian Masak da U-18 Avropa Kuboku üçün mübarizə aparıb.

Soydaşımız 90+ kq çəki dərəcəsində güləşərək turnirdə ən yüksək dərəcəli idmançı kimi tatamiyə çıxıb.

Açılış raundunda litvalı Nikolas Paleyçiki, növbəti mərhələdə fransalı Azriel Dekenn Diffonu, yarımfinalda Kevin Nzuzi Diazvini məğlub edərək qızıl medal qazanan həmyerlimiz Avropa çempionu titulunu qazanıb.

2007-ci il təvəllüdlü Marek-Adrian Masak Tallin İdman Akademiyasının tələbəsidir. Gənc cüdoçunun anası azərbaycanlı(Qubadlı şəhəri), atası isə estondur. 

Modern.az-ın məlumatına görə, soydaşımızın baş məşqçisi 1970-ci il təvəllüdlü Vladimr Stepanyandır. O, Bakıdakı 211 nömrəli məktəbin məzunudur və Ermənistan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!