“Barcelona”nın hücumçusu Lionel Messi Argentina millisinə qayıtmaq qərarına gəlib.
“Yeni Sabah” xəbər verir ki, 31 yaşlı forvard artıq bu barədə milli komandanın baş məşqçisi Lionel Scaloniyə məlumat verib. Messi martın 22-də Venesuela, 26-da isə Mərakeşlə yoldaşlıq görüşlərində çıxış edə bilər. İyunda isə argentinalıları Braziliyada Copa America turniri gözləyir.
Qeyd edək ki, Messi DÇ-2018-dən sonra millidə fasilə götürmüşdü. Marqarita pizza
Telegram kanalımız