Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq

saytların hazırlanması

Evə çatdırılma

Messi şirkət yaratdı: Rəhbəri erməni olacaq

İdman

19 Oktyabr 2022 22:50 1468


Argentina millisinin kapitanı və PSJ-nin hücumçusu Lionel Messi idman, texnologiya və mediaya sərmayə qoyacaq şəxsi investisiya şirkətini yaradır.

“Play Time” adlı şirkət ABŞ-ın San-Fransisko şəhərində yerləşəcək.

Ona “Graph Ventures” şirkətinin tərəfdaşı, erməni əsilli Razmiq Ovaqimyan rəhbərlik edəcək. Məlumata görə, “Play Time” Messinin əsas investisiya vasitəsinə çevriləcək və digər sahələrlə yanaşı, futbol texnologiyası startaplarının təsisçilərinə dəstək olacaq, eləcə də müxtəlif idman komandalarına sərmayə qoyacaq.

Şirkətin investisiya fondunun həcmi hələlik açıqlanmayıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!