Mətanət: “Dünyada mənim qədər bədbəxt qadın yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Mətanət: “Dünyada mənim qədər bədbəxt qadın yoxdur”

Şou

05 Aprel 2024 12:34 842


“Dünyada mənim qədər bədbəxt xanım yoxdur. Kimsə bunu məsxərəyə çevirə bilər, məni sevməyən kam ala bilər”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Rəngarəng səhər” verilişində müğənni Mətanət Əsədova deyib.

O bildirib ki, özünü xoşbəxt saymır: Sezar pizza

“Amma bu dünyada nifrət etdiyim, küsdüyüm, düşmən olduğum insan yoxdur. Yalnız inciyə bilərəm. İncikliyim barədə ona nəsə demərəm, bu ürəyimdə yara kimi sızıldayar. Kiməsə pis gün arzulayan insan deyiləm, istyərəm hamının üzü gülsün, hər kəsə var-dövlət versin.

Mənə də Allah gözünün ucu ilə baxsın. Allah, səni sevirəm, 24 saat səninləyəm. İstədiyin vaxt canımı ala bilərsən. Bir xanım, insan kimi xoşbəxt deyiləm. Bədbəxtəm. Bunu mən deyirəm, kimsə demir. Sənin gözlərin kövrəlir, mənim ürəyimin gözü ağlayır. Məni uşaqlar, qocalar evlərinə dəvət edirlər.

Deyirəm, siz istəyirsiniz ki, mənim oradan meyitim çıxsın? İnsan bir ana-atanı necə ata bilər. Bir övlad orada necə qala bilər. Həddindən artıq kövrək insanam”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!