Hər kəsin evində və ictimai iaşə müəssisələrində taxta qab-qaşıqdan istifadə olunur. Ancaq bir sıra qaydalar var ki, onlara əməl etmədən həmin əşyaların istifadə etmək ölümcül xəstəliklərə yol açır.
Məsələ ilə bağlı “Yeni Sabah” a açıqlama verən qida məsələləri üzrə mütəxəssis ekspert Ağa Salamov bildirib ki, taxta qablardan yalnış istifadə insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasına zəmin yaradır:
“Taxta qablar müəyyən çirklənməni qidaya ötürə bilir. Məsələn bura fiziki, bioloji və kimyəvi çirklənmə aiddir. Taxta qab alarkən üstü cilalı olanını almaq olmaz. Belə qablar boyanarkən qida üçün nəzərdə tutulan maddələrdən istifadə etmək lazımdır. Əks təqdirdə kimyəvi zəhərlənmə halı baş verə bilər. Digər bir məsələ isə taxta qabların yuyucu vasitələrlə təmizlənməsidir ki, bu zaman həmin vasitədə olan kimyəvi maddələr qabın üzərində qala bilir. Bu zaman da kimyəvi zəhərlənmə qaçılmaz olur. Həmçinin, belə durumlar insanın gələcəkdə xərçəng xəstəliyinə tutulmasına rəvac verir”. Marqarita pizza
Ekspert qeyd edib ki, taxta qabların yuyulub-qurulanma prosesinə xüsusi diqqət etmək lazımdır:
“Burada bioloji riskdən də söhbət gedir. Çünki taxta qablar yaxşı yuyulmayanda üzərindəki izlərin içinə bakteriyalar dolur. Sonra həmin mikroblar çoxalmağa başlayır. Eyni hal qabların yaxşı yuyulub, ancaq qurulanmadığı zaman da baş verir. Bakteriyaların çoxalması üçün su, nəm mühit və vaxt lazımdır. Belə qabları yuyub üst-üstə qoyanda burada bakteriyalar çoxalır və üzərində hər hansı qida məhsulunu, yeməyi servis edəndə həmin bakteriyalar ona çıxır. Bu da qidanın bioloji çirklənməsi sayılır. Digər bir məsələ isə, hər hansı virusa yoluxmuş insanın bu cür qablardan istifadəsi zamanı yaranan təhlükədir. Çünki həmin viruslar sonra qablara ötürülür. Ona görə də, taxta materiallı əşyalar yaxşı yuyulub-qurulanmalıdır. Belə olduqdan sonra taxta qabdan istifadə etmək olar”.
A.Salamov bu cür əşyaları istifadə edənlərə bir sıra tövsiyələr verib:
“Taxta qab və əşyalardan istifadə edən ictimai iaşə müəssisələri bir sıra qaydalara əməl etməlidir. İlk növbədə, bu qabların təmizliyinə diqqət etmək lazımdır. Onların yaxşı yuyulduğuna əmin olmaq lazımdır. Növbəti proses qurulanmadır. Daha sonra bir-birinə yapışmadan onları yerləşdirmək lazımdır”.
Aytac Şahin
Telegram kanalımız