Metroda “BakıKart” terminalları cərəyan keçirir? - Rəsmi açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Metroda “BakıKart” terminalları cərəyan keçirir? - Rəsmi açıqlama

Sosial

09 Yanvar 2023 18:20 832


Metronun “Qara Qarayev” stansiyasında vətəndaşın “BakıKart” terminalının cərəyan keçirməsi ilə bağlı şikayəti araşdırılıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, aidiyyəti üzrə vətəndaşın stansiya əməkdaşlarına bu barədə məlumat verdiyi təsdiqini tapıb:

“Stansiyaya “BakıKart” MMC-nin nümayəndələri dəvət edilib. Qurum nümayəndələri ilə “Bakı Metropoliteni” QSC-nin müvafiq şöbəsinin əməkdaşlarının birgə iştirakı ilə sözügedən terminala baxış keçirilib. Heç bir problem aşkarlanmayıb. Lakin bütün hallarda həmin “BakıKart” terminalı nəzarətə götürülüb”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!